Qazaxıstan büdcəsinin 80 faizini DİM-ə nail olmaq üçün yönəldib
Bakı, 21 noyabr, AZƏRTAC
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Qazaxıstan sərmayələr ayırır və büdcənin 80 faizi bu sahəyə yönəldilib.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin (UN) Xüsusi Proqramının (SPECA) Həftəsi çərçivəsində “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda keçirilən iqtisadi forumda bildirib.
"Qazaxıstan SPECA proqramını dəstəkləyən ölkələrdəndir. Biz bu proqramı platforma kimi görürük. Mərkəzi Asiyada artım çox vacibdir. Dayanıqlı inkişafa nail olmaq üçün Qazaxıstan sərmayələr ayırır və büdcənin 80 faizi bu sahəyə yönəldilib. Biz təklif edirik ki, vahid BMT prinsipi yaradılsın ki, ölkələr arasında daha yaxşı əməkdaşlıqlar qurulsun. Qazaxıstanın 2060-cı ilə qədər sıfır emissiyaya nail olmaq üçün 610 milyard dollar sərmayə yatırmaq kimi tələbi var", - deyə A.Abdikarimov qeyd edib.
ADY rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib
SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb
Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirilib