AFFA rəsmisi "Beşiktaş" - “Brügge” oyununa təyinat alıb
Bakı, 21 noyabr, AZƏRTAC
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə "Beşiktaş" və Belçikanın “Brügge” klubları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin V turunun oyununda UEFA Matç Direktoru qismində çalışacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 30-da İstanbul şəhərindəki "Beşiktaş Park" stadionunda gerçəkləşəcək.
Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub
Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub
Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb
Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb
Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub