Televiziya rəhbəri məktəblilərlə görüşəcək
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 22-də paytaxtdakı 1 nömrəli tam orta məktəbdə “Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov olacaq.
Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanması, intellektual gəncliyin yetişməsində telekanalların üzərinə düşən vəzifələr, asudə vaxtın düzgün idarə olunması, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Mədəniyyət və İncəsənət Universitetinin 100 yaşı daha bir təhsil ocağında qeyd olunub
“Fizikada müasir trendlər” mövzusunda 8-ci beynəlxalq elmi konfrans başa çatıb
AzTV-nin əməkdaşı BDU tələbələri ilə təcrübəsini bölüşüb
Xüsusi qabiliyyət tələb edən ixtisasların təsviri sənət istiqaməti üzrə seminar keçirilib