Baş Prokurorluq Astarada “Açıq qapı” günü təşkil edəcək
Bakı, 21 noyabr, AZƏRTAC
Baş Prokurorluq noyabrın 29-da Astarada ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil edəcək.
Bu barədə AZƏRTAC-a qurumdan bildirilib.
Qeyd olunub ki, “Heydər Əliyev və müasir dövlət quruculuğu” mövzusunda konfransda, Baş Prokurorluğun və digər dövlət qurumlarının məsul şəxsləri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcəklər.
Konfrans çərçivəsində, həmçinin Astara Rayon Prokurorluğunda media və qeyri-hökumət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü təşkil ediləcək.
Xatırladaq ki, Baş Prokurorluq bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə, Zaqatala, Sabirabad, Şəmkir və Göyçay şəhərlərində regional konfranslar keçirib.
Yeni tədris ilinin başlanması münasibətilə DSX-nin Xüsusi Məktəbində tədbir təşkil olunub
İcbari tibbi sığorta hesabına yarım ildə 2 min 134 BERA testi icra olunub
Lənkəranda sanitar-gigiyenik tələblərə cavab verməyən restoranın fəaliyyəti məhdudlaşdırılıb