×
A
A
A
Sazlamalar

Cəbrayıl rayon sakinindən ov tüfəngi götürülüb

Bakı, 21 noyabr, AZƏRTAC

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini S.Balakişiyevin qanunsuz ov etdiyi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, həmin şəxsdən ov zamanı istifadə olunan tüfəng və ovladığı vəhşi quşlar aşkarlanıb.
Bundan başqa keçirilən profilaktiki tədbirlərlə daha 2 ov silahı könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Cəmiyyət 2023-11-21 09:08:00