DİN: Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 20-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 51 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
Yasamalda sanitariya normalarını pozan kafenin fəaliyyəti dayandırılıb
İsmayıllı və Ağdaşda qanunsuz ağac kəsənlər məsuliyyətə cəlb olunublar
Qusarda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb