İkiqat Avropa çempionu: Rinqə çıxanda yalnız qələbə qazanmağı düşünürdüm
Bakı, 21 noyabr, AZƏRTAC
Erməni idmançı ilə qarşılaşmadan əvvəl özümü psixoloji cəhətdən bu görüşə hazırlamışdım. Bu səbəbdən də ona asanlıqla qalib gəldim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olan Nicat Hüseynov (51 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
Finalda ermənistanlı Rudolf Qarboyanı 5:0 hesabı ilə məğlub edən 19 yaşlı boksçumuz həlledici duelə rahat çıxdığını söyləyib: "Püşkdən sonra yarımqruplara baxanda finalda erməni idmançı ilə qarşılaşacağımı təxmin edirdim. Dörd döyüş keçirdim. Amma R.Qarboyan ilə görüşə çox rahat çıxdım. Rinqə çıxanda yalnız qələbə qazanmağı düşünürdüm. Sevinirəm ki, buna nail oldum".
İkiqat qitə çempionu bu qalibiyyətə görə baş məşqçilərinə və federasiya rəhbərliyinə öz təşəkkürünü bildirib.
Qeyd edək, Azərbaycan yığması Avropa çempionatını 5 medalla başa vurub. Milli komanda 1 qızıl, 1 gümüş və 3 bürünc mükafata yiyələnib.
Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub
Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub
Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb
Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb
Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub