Boks üzrə Avropa çempionatında rekorda imza atan Azərbaycan yığması Vətənə dönüb
Bakı, 21 noyabr, AZƏRTAC
Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında medal sayına görə rekorda imza atmış milli komandanın 22 yaşadək boksçuları Vətənə dönüblər.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub.
Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Turnirdə Nicat Hüseynov (51 kiloqram) qızıl, Əzrək Bəbirov (57 kiloqram) gümüş, Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) bürünc medal qazanıblar.
Qeyd edək ki, komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. İndiyədək boksçular analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada milli komanda 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi. Bu dəfə 5 medal isə qitə çempionatında yeni rekorddur.
Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub
Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub
Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb
Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb
Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub