Dünya çempionatında uğur qazanmış Azərbaycan gimnastları Vətənə qayıdıb
Bakı, 21 noyabr, AZƏRTAC
Böyük Britaniyanın Birminqem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışları və gənclər arasında 1-ci dünya çempionatında uğur qazanmış gənc gimnastlarımız Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, yığma komandanın üzvlərindən İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Samirə Hüseynova və Ayan Şabanova sinxron proqramda gümüş, Aleksey Karataşov bürünc medal qazanıblar.
Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb
Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb
Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub
Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatına yekun vurulub
Bakıdakı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar VİDEO