Qadın şahmatçılardan ibarət Azərbaycan yığması Avropa çempionatında tarixi uğura imza atıb
Bakı, 21 noyabr, AZƏRTAC
Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında sonuncu IX turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, qadın şahmatçılardan ibarət Azərbaycan yığması son turda Serbiyanı məğlub edib.
Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva öz görüşlərini qələbə ilə başa vurublar. Birinci lövhədə çıxış edən Günay Məmmədzadə isə məğlub olub. Yekunda 3-1 hesablı qələbə qazanan Azərbaycan komandası tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına layiq görülüb.
Azərbaycan millisi 7 turda qələbə qazanıb, bir dəfə heç-heçə edib, yeganə məğlubiyyətini isə Avropa çempionu olan Bolqarıstan yığmasından alıb.
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi isə yarışı medalsız başa vurub. Yığma son turda İtaliya ilə heç-heçə edib.
Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası başa çatıb
Yığma üzvü: Milli komanda onların rəhbərliyi ilə çox yaxşı nailiyyətlər qazanacaq MÜSAHİBƏ
Güc idman növləri üzrə Azərbaycan yığması dünya çempionatının qalibi olub
“Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib VİDEO