×
A
A
A
Sazlamalar

Həştərxanda metadondan istifadə kütləvi zəhərlənməyə səbəb olub

Bakı, 21 noyabr, AZƏRTAC

Həştərxanda narkotik maddədən kütləvi zəhərlənmə baş verib, 17 nəfər hazırda xəstəxanadadır.
AZƏRTAC xəbər verir ki, Həştərxan vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Şəhər Klinik Xəstəxanasına narkotik və psixotrop dərmanlardan zəhərlənmə əlamətləri olan 19 nəfər müraciət edib. Hazırda 17 xəstənin müalicəsi davam etdirilir, onlardan 6-sının vəziyyəti ağır, 1-nin vəziyyəti isə orta ağırdır. İki nəfər evə buraxılıb.
İlkin məlumata görə, zəhərlənmə metadondan istifadə nəticəsində baş verib.
Rusiyanın Həştərxan vilayəti üzrə Daxili İşlər Nazirliyinin əməkdaşları dərmanların satışında şübhəli bilinən 3 nəfəri (Qırğızıstan, Özbəkistan və Tacikistan vətəndaşları) saxlayıb. Saxlanılanlardan iki nəfər törətdikləri cinayəti etiraf edib. Onları 15 ilə qədər həbs gözləyir.

 

Dünya 2023-11-21 05:36:00