Xaçmaz polisinə 3 ədəd sənədsiz silah təhvil verilib
Bakı, 20 noyabr, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
DİN-in mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis xəməkdaşları tərəfindən 3 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Abşeron rayonunda qətl törədən şəxs barəsində cinayət işinin istintaqı yekunlaşıb
Goranboy rayonunun Qaradağlı kəndində bərpa olunmuş kəhriz yerli icmaya təhvil verilib
Bakı, Sumqayıt və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib
Moskvada qeyri-qanuni miqrasiya ilə mübarizə məsələləri müzakirə olunub