Moldovanın Moskvadakı səfiri Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb
Moskva, 20 noyabr, AZƏRTAC
Moldovanın Moskvadakı səfiri Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsi məlumat yayıb.
Moldovanın səfiri Lilian Dariy Rusiya XİN-ə çağırılıb və Moldovada rusdilli KİV-in təqib edilməsi ilə əlaqədar etiraz bildirilib.
Səfirə Moldovanın bir sıra rəsmi şəxslərinin Rusiyaya girişinə qadağa qoyulması barədə məlumat verilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
İsraildəki britaniyalıların təxliyəsinə başlanılıb
Səudiyyə Ərəbistanı İranın Qətər dövlətinə hücumunu qəti şəkildə pisləyib
Qətər hava məkanını yenidən açıb
Ukrayna Prezidentinə qarşı növbəti sui-qəsd cəhdinin qarşısı alınıb
Ərəb Dövlətləri Liqası İranın Qətərdə yerləşən hərbi bazaya hücumunu pisləyib