SOCAR prezidenti Pakistan nümayəndə heyəti ilə görüşüb
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının Milli İdarəçilik Kursunun iştirakçıları ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında dostluq münasibətləri və yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, bütün sahələrdə olduğu kimi, enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strateji hədəflərindən bəhs edilib, regional və qlobal enerji layihələri haqqında məlumat verilib. Neft və neft məhsullarının ticarəti, təbii qaz infrastrukturunun inkişafı və maye təbii qaz (LNG) təchizatı üzrə müzakirələr aparılıb.
Görüşdə, həmçinin SOCAR ilə Pakistan şirkətləri arasında insan resursları sahəsində təcrübə mübadiləsi üzrə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, rəqəmsallaşma, dekarbonizasiya, ədalətli enerji keçidi, neft-qaz sənayesində dayanıqlılıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AYNA: Ən çox nəqliyyat vasitəsinin növbədə olduğu gömrük postu “Qırmızı Körpü”dür
Moskvada MDB İqtisadi Şurasının 100-cü iclası keçirilib
Azərbaycan və Estoniya rəqəmsal transformasiya liderlərinin inkişafı proqramına start verirlər
Bakı metrosundan bu il 830-dan çox fiziki məhdudiyyətli şəxs istifadə edib
Agentlik: Bakı və Abşeronda məhəllədaxili su anbarları yuyulub