Qəzzadan Türkiyəyə daha 61 fələstinli xəstə gətirilib
İstanbul, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də Türkiyəyə 61 fələstinli xəstə və onları müşayiət edən ailə üzvləri daxil olmaqla, ümumilikdə 110 nəfər gətirilib.
AZƏRTAC xəbər verir ki, xəstələri və onların ailə üzvlərini gətirən hərbi təyyarə “Etimesgut” aerodromuna enib. Xəstə fələstinlilər buradan xüsusi ambulanslarla xəstəxanalara göndərilib.
Ötən həftə Qəzzadan Türkiyəyə təxliyə olunan 27 xərçəng xəstəsinin müalicəsi də davam edir.
Noyabrın 19-da Qəzzadan təxliyə edilən Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşlarının, eləcə də onların ailə üzvləri olmaqla ümumilikdə 87 nəfərin də bu gün Türkiyəyə gətirilməsi gözlənilir.
İraqın şimalında terrorçulara məxsus 16 hədəf məhv edilib
Bu gün Gürcüstanda 8 minədək HİV-ə yoluxmuş insan yaşayır
Fransada məmurlara messencerlərdən istifadə qadağan edilib