×
A
A
A
Sazlamalar

DİM peşəkar mühasib sertifikatı imtahanı verəcək namizədlərə müraciət edib

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 26-da peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçiriləcək. İmtahan verəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Bu sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.

Elm və təhsil 2023-11-20 18:26:00