“Pəncə-Kilid” əməliyyatı bölgəsində bir türk əsgəri şəhid olub
İstanbul, 20 noyabr, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı zamanı bir türk əsgəri şəhid olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Leytenant Abdullah Kösenin separatçı terror təşkilatının üzvləri ilə atışmada şəhid olduğu bildirilib.
İlkin məlumata görə, əməliyyatın gedişində 5 terrorçu zərərsizləşdirilib.
İraqın şimalında terrorçulara məxsus 16 hədəf məhv edilib
Bu gün Gürcüstanda 8 minədək HİV-ə yoluxmuş insan yaşayır
Fransada məmurlara messencerlərdən istifadə qadağan edilib