Milli Kitabxanaya Qətər ədəbiyyatı, tarixi və mədəniyyətini əks etdirən kitablar hədiyyə edilib
Bakı, 20 noyabr, AZƏRTAC
Qətərin ölkəmizdəki səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Azərbaycan Milli Kitabxanasının qonağı olub.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova qonağa Milli Kitabxananın tarixi, iş rejimi və fondu haqqında məlumat verib.
Görüş çərçivəsində Milli Kitabxananın 100 illik yubileyinin keçirilməsi barədə qonağa məlumat verilib.
Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Azərbaycan ilə Qətər arasında beynəlxalq qarşılıqlı münasibətlərdən danışıb və bu münasibətlərin daha da inkişaf edəcəyinə inandığını bildirib. Həmçinin o, səfirlik adından Milli Kitabxanaya Qətərin ədəbiyyatını, tarixini, mədəniyyətini, təbiətini və s. əks etdirən kitablar hədiyyə edib.
Sonda qonağa “Azərbaycan Milli Kitabxanası” fotoalbom, “Bakı simfoniyası” kitabı və Azərbaycan xəritəsi təqdim olunub.
Tarik Slaiki: Azərbaycanda olmaq bizim üçün böyük və xüsusi məna daşıyır
X Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Rövşən Abdullaoğlunun oxucularla görüşü keçirilib
Bakıda Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası baş tutub
Məsqət Beynəlxalq Kitab Sərgisinin rəhbəri AZƏRTAC-ın stendini ziyarət edib