×
A
A
A
Sazlamalar

“Kobra Key” serialı son mövsümü ilə ekranlara geri dönür

Bakı, 20 noyabr, AZƏRTAC

Komediya-dram janrında ekranlaşdırılan “Kobra Key” serialının altıncı mövsümü “Netflix” platformasında yayımlanacaq.
AZƏRTAC xəbər verir ki, Karate Kid film seriyasının davamı olaraq təqdim ediləcək ekran əsərinin çəkilişlərinə 2024-cü ilin əvvəlində başlanacaq.
Serialın əvvəlki sezon bölümləri böyük populyarlıq qazanaraq rekord qırıb.
Ekran əsərində aktyorlar Vilyam Zabka və Ralf Makionun yer alacağı açıqlanıb.

Mədəniyyət 2023-11-20 13:21:00