Məşhur violonçel ifaçısı İstanbulda konsert verib
Bakı, 20 noyabr, AZƏRTAC
Xorvatiyalı violonçel ifaçısı Stjepan Hauzer İstanbulda dinləyiciləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, sosial media platformalarında milyardlarla dinləmə və videobaxış sayı olan məşhur violonçel ifaçısının konserti “Ülker Sports and Event Hall”da keçirilib.
Sevilən ifaçı konsertdə "Bax Prelüdiyası", "Gizli Bağça" və "Karuzo" parçalarını və "Karib dənizinin quldurları" və "Taxtların oyunu" kimi məşhur film və serialların saundtreklərini də səsləndirib.
Təxminən iki saat davam edən konsertdə S.Hauzer Türkiyəli sənətçi Sezen Aksunun bəstələdiyi "Şımarık" mahnısını ifa edərək pərəstişkarlarını təəccübləndirib.
Keçmiş “Dostluq” kinoteatrının yenidən qurulması üzrə müsabiqənin qalibləri mükafatlandırılıb
Ankara Universitetinə Azərbaycanla bağlı nəşrlər hədiyyə edilib
"Azərbaycan muğamı" layihəsi çərçivəsində “Çahargah" muğamı təqdim olunub
Bakıda yazıçı Eluca Atalının yaradıcılıq gecəsi təşkil olunub