Milli Dram Teatrı IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub
Bakı, 20 noyabr, AZƏRTAC
IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu başa çatıb. Azərbaycan tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Hökuməti, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Sankt-Peterburq Hökumətinin təşkil etdiyi ənənəvi foruma ümumilikdə 70-dən çox ölkədən nümayəndələr qatılıb.
Beynəlxalq tədbir çərçivəsində müxtəlif mövzularda panel və dəyirmi masalar təşkil edilib.
Teatr sənətinə həsr olunan xüsusi paneldə Rusiya, Belarus və Serbiya teatrlarının rəhbərləri ilə yanaşı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor səlahiyyətlərini icra edən Əməkdar mədəniyyət işçisi İlham Əsgərov də çıxış edib.
O, həmçinin Aleksandrinski Teatrının, Belarus Akademik Milli Teatrının direktorları ilə görüşüb, qarşılıqlı əməkdaşlıq, qastrol səfərlərinin və festivalların təşkili haqqında müzakirələr aparıb.
Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib
Azərbaycan Dünya Səyahət və Turizm Şurasının qlobal sammitində təmsil olunub
Kamal Abdulla yaradıcılığı Türkiyə portallarında
Moskvada “Musiqi dünyası” jurnalının 25 illiyi münasibətilə beynəlxalq konfrans olacaq
Mədəniyyət naziri: Yeni dövrün çağırışları teatrların fəaliyyətində nəzərə alınmalıdır