×
A
A
A
Sazlamalar

Premyer Liqa: “Araz-Naxçıvan”ın uğurlu seriyası qırılıb

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıtın eyniadlı klubu doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. Rəqibini iki cavabsız qolla üstələyən “Gənclik şəhəri” təmsilçisi rəqibinin 4 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub.
Meydan sahiblərinin heyətində 15-ci dəqiqədə Rövlan Muradov və 69-cu dəqiqədə Roy Kehat fərqləniblər.
Bu qələbədən sonra xallarını 18-ə çatdıran “Sumqayıt” beşinci pilləyə yüksəlib. 20 xalı olan “Araz-Naxçıvan” isə 4-cü sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail" "Turan Tovuz”u 2:1, “Qarabağ” “Kəpəz” 7:1 hesabları ilə məğlub edib.
Tura noyabrın 5-də keçiriləcək “Qəbələ”–“Neftçi” və “Sabah”-“Zirə” matçları ilə yekun vurulacaq.

İdman 2023-11-04 20:02:00