Azərbaycan Premyer Liqası: “Qarabağ”dan darmadağın
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, saat 16:00-da başlayan oyunda son çempion “Qarabağ” komandası “Kəpəz”i qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç “Qarabağ”ın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdamın təmsilçisinin qollarını
2, 15 və 43-cü dəqiqələrdə Yassin Benzia, 13-cü və 51-ci dəqiqədə Leandro Andrade, 37-ci dəqiqədə Olavio Juninyo, 63-cü dəqiqədə Nəriman Axundzadə vurub. “Kəpəz”in heyətində isə 18-ci dəqiqədə Adama Niane fərqlənib. Bununla da “Qarabağ” xallarının sayını 23-ə çatdırıb və liderliyə yüksəlib. "Kəpəz"in isə 6 xalı var və sonuncu pillədə qərarlaşıb.
Saat 18:00-da başlayan günün digər matçında isə “Araz-Naxçıvan” klubu “Sumqayıt”ı qəbul edir.
“Qarabağ”ın xorvatiyalı qapıçısı: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik
Azərbaycanın daha bir güləşçisi Rusiyadakı turnirdə fəxri kürsüyə qalxıb
Azərbaycan klubu italiyalı voleybolçunu transfer edib
“Ayaks" baş məşqçisi ilə vidalaşıb
Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq