×
A
A
A
Sazlamalar

Bakıda “Landmark 7” turnirinə start verilib

Bakı, 4 noyabr, AZƏRTAC

“Rizin” Döyüş Federasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən “Landmark 7” turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışda ilk görüş Latviyalı Hasan Mezhiyev və qazaxıstanlı Konstantin Merkulov arasında olub. Qarşılaşma Latviya təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
İkinci dueldə isə portuqaliyalı Quentin Dominqos və Gürcüstandan olan MMA döyüşçüsü Şota Betlemidze üz-üzə gəlib. Nəticədə Ş. Betlemidze qalib olub.
Qeyd edək ki, bu turnirdə Azərbaycanın 5 MMA döyüşçüsü mübarizə aparacaq.

İdman 2023-11-04 17:56:00