"Neftçi" ilk qələbəsini regionda qazanıb
Bakı, 4 noyabr, AZƏRTAC
Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun növbəti oyunu baş tutub.
AZƏRTAC xəbər verir ki, ilk turda məğlub olmuş "Neftçi" səfərdə "Cəlilabad" klubu ilə qarşılaşıb. Oyun paytaxt klubunun 90-56
hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Rişon Conson - 38 xal, 8 ribaund), "Neftçi" (Maykl Karter - 19 xal, 4 ribaund).
Qeyd edək ki, ikinci turun son oyunu ( "Şəki" - "Sərhədçi") noyabrın 5-də keçiriləcək.
UEFA Millətlər Liqası: İspaniya qalib gəlib, Portuqaliya heç-heçə edib
Azərbaycanın U-21 millisi İngiltərəyə uduzub
MOK-da Afrika Milli Olimpiya komitələrinin rəsmiləri ilə görüş keçirilib
Füzulidə keçiriləcək beynəlxalq “Mingəçevir Reqatası-2024” öncəsi yerli sakinlərlə görüş olub