×
A
A
A
Sazlamalar

Avropa çempionatında zədələnən Leyla Əliyeva Pert Açıq Okeaniya turnirində iştirak etməyəcək

Bakı, 4 noyabr, AZƏRTAC
Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatının ilk yarış günündə qadınlar arasında 48 kiloqram çəkidə
mübarizə aparan cüdoçumuz Leyla Əliyeva ¼ final görüşündə zədələnib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Leyla milli yığmanın tibbi heyətinin qərarına
əsasən 10-11 noyabrda Avstraliyanın Pert şəhərində keçiriləcək Açıq Okeaniya turnirində iştirak edəcək heyətdən çıxarılıb.
Leyla Əliyevanın müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

 

İdman 2023-11-04 16:00:00