Tərbiyə müəssisəsində minifutbol turniri keçirilib VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
8 noyabr - Zəfər Günü və Şuşa şəhəri günü münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə müəssisəsində minifutbol üzrə yoldaşlıq oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə keçirilən yoldaşlıq oyununda “Qarabağ” futbol klubunun 15 yaşlılardan ibarət komandası (Qarabağ-U15) ilə yeniyetmə məhkumlardan ibarət futbol komandası arasında təşkil olunub.
Penitensiar xidmətin rəis müavini Orxan Qasımov, AFFA-nın baş katibi Sərxan Hacıyev, “Qarabağ” futbol klubunun baş direktoru Emrah Çelikel, eləcə də iştirak edən qurumların digər məsul şəxslər bu cür tədbirlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, məhkumların hüquq və azadlıqlarının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili, onların sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya prosesinin həyata keçirilməsi istiqamətində Ədliyyə Nazirliyi Penitensiar xidməti Dövlət qurumları ilə birlikdə uğurlu layihələr həyata keçirir.
Oyundan sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və “Qarabağ” futbol klubunun nümayəndələri tərəfindən yeniyetmələrə hədiyyələr təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.
“Neftçi” braziliyalı futbolçunun transferini açıqlayıb
Misli Premyer Liqası: “Neftçi” səfərdə “Zirə”yə qalib gəlib
"Qalatasaray" polşalı futbolçu ilə anlaşıb
Premyer Liqa: "Araz-Naxçıvan" - "Kəpəz" oyunu qolsuz başa çatıb
Azərbaycan şahmatçısı: Ölkə çempionatındakı çıxışımı qənaətbəxş hesab edirəm