Azərbaycan Premyer Liqası: Bu gün XII turun daha iki oyunu keçiriləcək
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha iki oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, əvvəlcə son çempion “Qarabağ” komandası “Kəpəz”i qəbul edəcək.
Ağdam klubu 20 xalla üçüncü, Gəncə təmsilçisi isə 6 xalla sonuncudur.
Günün digər matçında isə “Araz-Naxçıvan” klubu “Sumqayıt”ın qonağı olacaq. “Gənclik şəhəri” təmsilçisi 15 xalla 7-ci, Naxçıvan təmsilçisi 20 xalla 4-cü pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XII tur
16:00. “Qarabağ” - “Kəpəz”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tofiq Bəhramov adına Respublika stadionu.
18:00. “Sumqayıt” - “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Kapital Bank Arena”.
Qeyd edək ki, turun ilk matçında "Səbail" evdə “Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib.
Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib
“Neftçi” klubu isveçli idman direktoru ilə yollarını ayırıb