×
A
A
A
Sazlamalar

Azərbaycan Basketbol Liqası: “Xırdalan” sürprizə imkan vermədi

Bakı, 3 noyabr, AZƏRTAC

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun növbəti oyunu baş tutub.
AZƏRTAC xəbər verir ki, ilk turda məğlub olmuş "Sumqayıt" "Xırdalan" klubu ilə qarşılaşıb. Əlavə vaxtın oynandığı oyunun yekununda "Xırdalan" 81:77 hesablı çətin qələbə qazanıb.
Qeyd edək ki, ikinci turun digər oyunları ("Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi") 4 və 5 noyabr tarixlərində baş tutacaq. Turun "NTD-INDIGO" - "Sabah" oyunu Xaçmaz təmsilçisinin rəsmi müraciəti əsasında irəli bir tarixə qədər təxirə salınıb.

İdman 2023-11-03 21:24:00