×
A
A
A
Sazlamalar

"Neftçi"ni daşıyan avtobus qəza keçirib

Bakı, 3 noyabr, AZƏRTAC
"Neftçi"nin əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən yüngül qəza keçirib.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində baş verib. Hər iki tərəfdə xəsarət alan olmayıb.
Qeyd edək ki, noyabrın 5-i “ağ-qaralar” Premyer Liqanın XII turunda, saat 16:00-da Qəbələdə şəhərin eyni adlı kollektivi ilə üz-üzə gələcək.

İdman 2023-11-03 17:56:00