×
A
A
A
Sazlamalar

Sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı olub VİDEO

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunun ümumqoşun poliqonlarının birində Hərbi Dəniz Qüvvələrinin sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, "Sualtı hücum xüsusi təyinatlı kursu"nun kursant və təlimatçı heyəti ilə keçirilən toplanışda paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.
Toplanışın keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.

 

Ordu 2023-10-28 14:46:00

Video