×
A
A
A
Sazlamalar

Hərbi institutun kursantları beynəlxalq tədbirdə iştirak edirlər

Bakı, 25 oktyabr, AZƏRTAC

Heydər Əliyev adına Hərbi İnstitutun bir qrup kursantı "5-ci Beynəlxalq Kursantlar Həftəsi"ndə iştirak etmək üçün Çin Xalq Respublikasının Sian şəhərində səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin Mühəndislik Universitetində keçirilən tədbirdə Azərbaycan və Çin nümayəndələri ilə yanaşı, Belarus, İndoneziya, Laos, Macarıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tunis, Vyetnam və Zimbabvedən olan kursantlar da iştirak edirlər.
Qeyd edək ki, "5-ci Beynəlxalq Kursantlar Həftəsi" oktyabrın 28-dək davam edəcək.

 

Ordu 2023-10-25 16:28:00