×
A
A
A
Sazlamalar

Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb YENİLƏNİB VİDEO

Xocalı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
AZƏRTAC xəbər verir ki, sonra dövlətimizin başçısı qəsəbə ərazisinə baxış keçirdi.
Qeyd edək ki, Əsgəran qəsəbəsi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Qəsəbə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Rəsmi xronika 2023-10-15 21:38:00

Video