×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb YENİLƏNİB VİDEO

Ağdərə, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
AZƏRTAC xəbər verir ki, sonra dövlətimizin başçısı əraziyə baxdı.
Qeyd edək ki, Ağdərə şəhəri 1993-cü il iyunun 27-də işğal olunub. Bu il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılardan təmizlənib.

Rəsmi xronika 2023-10-15 20:14:00

Video