×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfərə gəlib VİDEO

Bişkek, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşıladılar.

Rəsmi xronika 2023-10-12 14:50:00

Video