Avropa Kuboku: "Sabah" basketbol klubu ardıcıl ikinci qələbəsini qazanıb
Bakı, 4 oktyabr, AZƏRTAC
“Sabah” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı ikinci sınağında Şimali Makedoniyanın “Rabotniçki” komandası ilə qarşılaşıb.
Skopyedəki “Kale Arena”da keçirilən görüş Bakı klubunun qələbəsi ilə yekunlaşıb - 83:81.
Qeyd edək ki, “Sabah” qrupdakı ilk oyununda Niderlandın “Donar” klubunu 75:72 hesabı ilə məğlub edib.
Azərbaycan təmsilçisi qrupdakı son matçında Rumıniyanın "Rapid" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 5-də baş tutacaq.
Vüqar Həşimov Memorialının loqosu “Alov qüllələri”ndə əks olunur
Milli üzvü: Azərbaycanda həndbolu inkişaf etdirmək üçün yaxşı məktəb olmalıdır - MÜSAHİBƏ
AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb
Ceyhun Sultanov: "Qarabağ" bu çıxışı ilə növbəti çempionluğa doğru getdiyini göstərir