Taylandda 4 minə yaxın ev daşqınlardan zərər çəkib
Bakı, 4 oktyabr, AZƏRTAC
Taylandın mərkəzi Suxotay əyalətində 4300-ə yaxın ev Yom çayında suyun səviyyəsinin qalxmasından sonra daşqınlardan zərər çəkib.
AZƏRTAC “The Nation” qəzetinə istinadla xəbər verir ki, bunu Baş nazirin müavini Somsak Thepsut bildirib.
O qeyd edib ki, daşqın 20 min hektardan çox çəltik sahəsinə də zərər vurub.
Qeyd edək ki, həftəsonu yağan güclü yağışlar səbəbindən Yom çayı bazar ertəsi səhər daşıb. Əyalət sakinləri evlərini tərk etmək məcburiyyətində qalıblar.
“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək
Paraqvaylı deputat təyyarə qəzasında həlak olub
Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub
Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib
Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var