“Mercedes” traktorla toqquşdu, iki nəfər öldü
İmişli, 4 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İmişli-Biləsuvar avtomobil yolunun İmişli rayonu Çaxırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı Araz Kazımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili və traktor toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü ağır yaralanıb, sərnişin Çingiz Ağayev isə hadisə yerində ölüb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və gecə saat 3 radələrində Araz Kazımov ölüb.
Fakt araşdırılır.
Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir
Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub
Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi REPORTAJ
Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO