×
A
A
A
Sazlamalar

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 9 nəqliyyat vasitəsi satılıb

Bakı, 3 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 9 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına, ümumilikdə, 68 sifariş qəbul edilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərrac rəqabətli olub. Belə ki, “Kia Sorento” markalı avtomobilin start qiyməti 9 min manat olsa da, son təklif 30 min manata yüksəlib. Start qiyməti 8 min manat olan “Nissan Patrol” markalı nəqliyyat vasitəsi isə 19 min manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35wQDn linki vasitəsilə tanış olmaq olar.
Cari ay üzrə növbəti hərrac oktyabr ayının 10, 17, 24 və 31-i tarixlərində keçiriləcək. Hərraclara 7 səhmdar cəmiyyətinin səhm paketi, 23 kiçik müəssisə, 2 yarımçıq tikili və 90 nəqliyyat vasitəsi çıxarılacaq.

İqtisadiyyat 2023-10-03 22:19:00