Dövlət Dumasının sədri Ermənistanın Roma statutunu qəbul etməsini strateji səhv adlandırıb
Moskva, 3 oktyabr, AZƏRTAC
Rəsmi İrəvanın Roma statutunu ratifikasiya etməsi düşünülməmiş, strateji cəhətdən səhv addımdır. Bu, ilk növbədə, Ermənistan və onun vətəndaşları üçün problem yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün teleqram kanalında yazıb.
O qeyd edib ki, bu qərarı qəbul edənlər, ilk növbədə, “niyə” sualına cavab verməlidirlər. Dövlət Dumasının sədri vurğulayıb ki, Roma statutunun qəbul edilməsi Rusiya və Ermənistan xalqları arasında münasibətlərin inkişafına ziddir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək
Paraqvaylı deputat təyyarə qəzasında həlak olub
Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub
Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib
Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var