×
A
A
A
Sazlamalar

Nazir Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Rəşad Nəbiyev vətəndaşları Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində oktyabrın 16-da saat 09:30-da qəbul edəcək.
Qəbula oktyabrın 13-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Regionlar 2023-10-03 17:28:00