Azərbaycan incəsənət ustaları Polşada Musiqi Festivalında iştirak ediblər
Bakı, 3 oktyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycanın Polşadakı səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan incəsənət ustaları Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında iştirak ediblər.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Nisbət Sədrayeva (xanəndə), Hüseyn Məlikov (xanəndə), Rövşən Qurbanov (tar), Toğrul Əsədullayev (kamança), Rafael Əsgərov (balaban) və Vüsal Bayramovdan (nağara) ibarət olan muğam qrupu festival çərçivəsində konsert proqramı ilə çıxış edib.
Azərbaycan bəstəkar və xalq mahnılarının, eləcə də muğamların yer aldığı rəngarəng proqram polşalı dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Azərbaycan filmi “Moskva premyerası”nda mükafat alıb
“Sən hələ uşaqsan” bədii filminin təqdimatı olub
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
Azərbaycan dizayn sənayesinin tərəqqisində böyük inkişaf yolu keçib
“Tale şairi: Məmməd İsmayıl” xatirə-romanının təqdimatı keçiriləcək