Kino Agentliyi film layihələri müsabiqəsinin birinci mərhələsinə yekun vurub
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Kino Agentliyinin dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə təşkil etdiyi müsabiqənin ilk mərhələsi başa çatıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ilk mərhələdə müxtəlif janrlarda 87 layihə müraciəti qeydə alınıb. Artıq Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim prosesinə başlanılıb.
Bu il müsabiqənin ümumi fondu 5 milyon 500 min manat təşkil edir və layihələr dörd əsas istiqamət üzrə qəbul olunub: dövlət sifarişi ilə istehsal olunacaq filmlər; kommersiya filmləri; müəllif filmləri; debüt və tələbə filmləri.
Xatırladaq ki, müsabiqənin 1-ci mərhələsinə iyulun 18-də start verilib.
Artıq başlanan 2-ci mərhələdə isə Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim həyata keçiriləcək.
Müsabiqənin 3-cü yekun mərhələsində Ekspert Şurası qarşısında müsabiqənin finalçıları tərəfindən layihələrin müdafiəsi (pitçinq) təşkil ediləcək.
Azərbaycan filmi “Moskva premyerası”nda mükafat alıb
“Sən hələ uşaqsan” bədii filminin təqdimatı olub
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
Azərbaycan dizayn sənayesinin tərəqqisində böyük inkişaf yolu keçib
“Tale şairi: Məmməd İsmayıl” xatirə-romanının təqdimatı keçiriləcək