Azərbaycanın daha 13 güləşçisi Bakıdakı yarışda medal qazanıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Bakıda keçirilən kəmər güləşi üzrə üçüncü Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha 13 idmançısı fəxri kürsüyə qalxıb.
Etibar Rzayev (90 kiloqram) gümüş, Ceyhun Cavadzadə, Rüfət Hacıyev (hər ikisi 7 kiloqram), Ariz Hüseynov, Nurlan Məmmədov (hər ikisi 62 kiloqram), Nihad Rzayev, Cəsur Mehtiyev (hər ikisi 68 kiloqram), Xəlil Murzayev (75 kiloqram), Nəsir Həsənov (82 kiloqram), Namiq Babayev (90 kiloqram), Mahir Əliyev, Amin Qulamov (hər ikisi 100 kiloqram) və Sadiq Ağamalıyev (+100 kiloqram) isə bürünc medal qazanıblar.
Bununla da Azərbaycan güləşçilərinin qitə çempionatında əldə etdiyi mükafatların sayı 30-a çatıb. Daha əvvəl qadınlar arasında Gözəl Zutova (76 kiloqram) qızıl, Pərvin Hüseynova (76 kiloqram) gümüş, Mələkxanım Məmmədova, Fidan Əliyeva (hər ikisi 52 kiloqram), Bəsti Səfərova (58 kiloqram), Aytac Quliyeva (hər ikisi 58 kiloqram), Diana Şoranova (66 kiloqram) və Şəhla Allahverdiyeva (76 kiloqram) isə bürünc medala layiq görülüblər.
Kişilər arasında Eyvaz Baxşıyev (62 kiloqram), Tərlan Ağayev (75 kiloqram), Namiq Abbaslı (57 kiloqram), Soltan Ağayev (82 kiloqram) ikinci, Elnur Abdullayev (57 kiloqram), Əli Mikayılov (75 kiloqram), Əli Hümbətzadə (82 kiloqram), Nihad Məmmədzadə (90 kiloqram) və Nihad İsgəndərli (90 kiloqram) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, Avropa çempionatı oktyabrın 4-dək davam edəcək.
Azərbaycan çempionatında 41 komandadan 167 boksçu mübarizə aparacaq
AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub
Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub
Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub