“Sabah” klubunun futbolçusuna 4 oyunluq cəza verilib
Bakı, 3 oktyabr, AZƏRTAC
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın VIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Səbail” – “Sabah” matçında (2:2) hər iki komandadan 4 futbolçu sarı vərəqə aldığına görə klublar ayrı-ayrılıqda 700 manat cərimə ediliblər.
Bundan başqa, görüşün 90+4-cü dəqiqəsində qonaq komandanın müdafiəçisi Boyan Letiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün ikisi şərti olmaqla 4 oyun cəzalanıb, klubunu isə 3000 manat ziyana salıb.
“Kəpəz” – “Qəbələ” oyununda (0:1) 5 futbolçusu sarı vərəqə alan qonaq komanda 700 manat cərimə ödəməli olacaq. Oyun vaxtı “Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın texniki zonası istiqamətində kənar əşya atıldığına görə Gəncə təmsilçisi 800 manat cərimələnib. Həmçinin, qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu əlavə 800 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Zirə” oyununun (1:0) 90+4-cü dəqiqəsində meydan sahibi komandanın futbolçusu İqor Ribeyro ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu isə 500 manat cərimə olunub.
Çempionlar Liqası: “Qalatasaray” – “Mançester Yunayted” – 3:3
Qurban Qurbanov: Sabah meydana qələbə üçün çıxacağıq
“Qarabağ”ın legioneri: Hava şəraiti və süni örtük bizə çətinlik yarada bilər
Azərbaycanın dörd güləşçisi hərbçilər arasında dünya çempionu olub YENİLƏNİB