Bakıdakı Avropa çempionatının ilk günündə Azərbaycanın 17 güləşçisi fəxri kürsüyə qalxıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Bakıda keçirilən kəmər güləşi üzrə üçüncü Avropa çempionatının ilk günündə medal qazanan Azərbaycan təmsilçiləri bəlli olub.
AZƏRTAC xəbər verir ki, milli komandanın 17 üzvü fəxri kürsüyə qalxıb. Onlardan yalnız biri – 76 kiloqram çəki dərəcəsində çıxış edən Gözəl Zutova qızıl medal qazanıb.
Qadınlar arasında Pərvin Hüseynova (76 kiloqram) gümüş, Mələkxanım Məmmədova, Fidan Əliyeva (hər ikisi 52 kiloqram), Bəsti Səfərova (58 kiloqram), Aytac Quliyeva (hər ikisi 58 kiloqram), Diana Şoranova (66 kiloqram) və Şəhla Allahverdiyeva (76 kiloqram) isə bürünc medala layiq görülüblər.
Kişilər arasında Eyvaz Baxşıyev (62 kiloqram), Tərlan Ağayev (75 kiloqram), Namiq Abbaslı (57 kiloqram), Soltan Ağayev (82 kiloqram) ikinci, Elnur Abdullayev (57 kiloqram), Əli Mikayılov (75 kiloqram), Əli Hümbətzadə (82 kiloqram), Nihad Məmmədzadə (90 kiloqram) və Nihad İsgəndərli (90 kiloqram) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, yarışlar oktyabrın 4-dək davam edəcək.
Kürdəmir və Şirvan bədii gimnastları Bakıda təlim-məşq toplanışına başlayıblar
Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayıb
Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağı keçirilib, idarə heyətinə yeni üzv seçilib
Azərbaycanı Avropa çempionatında 13 taekvondoçu təmsil edəcək
Azərbaycan paracüdoçuları Qran-Prini altı medalla başa vurublar