Türkiyənin bütün ərazisində anti-terror əməliyyatları keçirilir
Bakı, 3 oktyabr, AZƏRTAC
Türkiyənin təhlükəsizlik qüvvələri bütün ölkə ərazisində “Kahramanlar” kod adı ilə miqyaslı anti-terror əməliyyatına başlayıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bu barədə özünün sosial media hesabında yazıb.
“Səhər saat 8:30-a (Türkiyə vaxtı ilə) olan məlumata görə, ölkə ərazisində 466 anti-terror əməliyyatı keçirilib. Əməliyyatlara təhlükəsizlik qüvvələrinin 13 min 440 əməkdaşı cəlb olunub. Nəticədə Mersin, Van, Şanlıurfa, Mardin və Aydında 12 terrorçu həbs olunub, Diyarbakır, Qaziantep, İstanbul, Bursa, Batman, Dənizli, Adana, Kayseri, Antalya, Konya, Isparta və Kocaelidə isə 55 şübhəli saxlanılıb”, - deyə Ali Yerlikaya bildirib.
Qeyd edək ki, Türkiyə ərazisində miqyaslı anti-terror əməliyyatları PKK qruplaşmasının Ankarada Daxili İşlər Nazirliyinin binası qarşısında törətdiyi partlayışdan sonra başlayıb.
Hindistanın cənub-şərqində qasırğa 17 nəfərin həyatına son qoyub
İsrail Qəzzada 138 girovun qaldığını bildirib
G7 ölkələrinin liderləri məsləhətləşmələr aparacaqlar
Çin dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyasını istifadəyə verib