Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev beynəlxalq oyunlara təyinat alıblar.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ə. Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində oktyabrın 5-də Polşada “Rakuv” və Avstriyanın “Şturm Qrats” komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun VAR hakimləri niderlandlı Yeron Manşot və Sergey Ervin Blankdır.
E. Məsiyev isə Konfrans Liqasının qrup mərhələsində oktyabrın 5-də Farer adalarında “Klaksvik” və Fransanın “Lill” klubu arasında oynanılacaq görüşü idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakim isə Fərid Hacıyev olacaq. VAR sisteminə isə türkiyəli Mete Kalkavan və Erkan Engin nəzarət edəcəklər.
Azərbaycan Premyer Liqasında XVI turun təyinatları bəlli olub
“Sumqayıt” - “Qarabağ” matçı ilə Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək
Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər bəlli olub
Boks üzrə Azərbaycan çempionatında finalçılar və bürünc medalçılar müəyyənləşib