”Smer” Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib
Vyana, 1 oktyabr, AZƏRTAC
Sentyabrın 30-da Slovakiyada Milli Şuraya (parlament) keçirilən növbədənkənar seçkilərdə keçmiş baş nazir Robert Fitsonun rəhbərlik etdiyi “İstiqamət – Sosial-Demokratiya“ (Smer-SD) partiyası qalib gəlib.
AZƏRTAC xəbər verir ki, səslərin 99 faizinin sayılmasından sonra “Smer“in 23,3 faiz səs topladığı müəyyənləşib. Seçkiöncəsi sorğularda və “exit-poll”un nəticələrində liberal Proqressiv Slovakiya (Progrsivne Slovensko – PS) öndə olsa da, seçkinin sonunda liberalların zəfər möcüzəsi baş verməyib və onlar 17 faizlə ikinci yerdə qərarlaşıblar.
Keçmiş baş nazir Peter Pelleqrinin rəhbərlik etdiyi sosial-demokrat “Hlas“ partiyası da 15 faizlə üçüncü yeri tutub. Hesab edilir ki, “Smer“in parçalanması nəticəsində yaranmış bu partiya koalisiya danışıqlarında mühüm müttəfiq rolunda çıxış edə bilər.
Beş faiz həddini keçən digər partiyalarla birlikdə parlamentdə təmsil olunacaq siyasi qüvvələrin sayı yeddiyə çatıb. Səsvermədə seçki hüquqlu əhalinin 68 faizi iştirak edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu-Yorkda müzakirələr aparıb
Qəzzadan daha 23 xəstə Türkiyəyə gətirilib
Məşhur geoloq Türkiyədə güclü zəlzələ gözlənildiyi ilə bağlı xəbərdarlıq edib