Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb YENİLƏNİB VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, yerli vaxtla saat 09.30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib. Terrorçulardan biri özünü partladıb, digər isə zərərsizləşdirilib.
Terror hücumu zamanı 2 polis əməkdaşı xəsarət alıb.
11:20
Türkiyə Böyük Millət Məclisinin və nazirliklərin yerləşdiyi İsmət İnönü Bulvarında səhər saatlarında partlayış və silah səsləri eşidilib.
AZƏRTAC “CNN Türk”ə istinadla xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis, tibb briqadaları və yanğınsöndürmə briqadaları göndərilib.
Partlayış səslərinin Daxili İşlər Nazirliyinin yaxınlığında baş verdiyi bildirilir. Bir çox məntəqələrə gedən yol bağlanıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu-Yorkda müzakirələr aparıb
Qəzzadan daha 23 xəstə Türkiyəyə gətirilib
Məşhur geoloq Türkiyədə güclü zəlzələ gözlənildiyi ilə bağlı xəbərdarlıq edib